“Bravo” supermarketlər şəbəkəsinin rəsmi “İnstaqram” hesabında paylaşdığı vakansiya elanına gələn şərhlər diqqət çəkib.

XALQ.AZ Pravda.az-a  istinadən xəbər verir ki, şirkətin elanda qeyd etdiyinə görə, mal qəbulçusu, qəssab və çörəkçi işləyənlər 6 ay sonra müdir müavini, şöbə başçısı, 1 il sonra isə mağaza müdiri ola bilərlər.

“Bravo”nun bu vədi uzun müddətdir, bu marketlər şəbəkəsində çalışan işçilərin etirazına səbəb olub.

 

Yazılan şərhləri təqdim edirik:

“4 illik işçinizi niyə vəzifə ilə təmin etmirsiniz? Olduğu mağazada yer açıldığı halda başqa mağazadan adam gətirirsiniz, ancaq 4 ildir, işləyən universal işçinizi olduğu mağazada vəzifəsini artırmırsınız. Niyə hər kəs öz yaxın qohumlarını vəzifə ilə təmin edir? Niyə mağaza müdiri bölgə müdiri ilə dostdur deyə istədiyi işçiyə istədiyi kimi davranıb, “mobbing” tətbiq edir?”

 

“Bir çox böyük şəbəkələrdə işlədim və sonda “Bravo” həyatımın ən böyük səhvi oldu. Hələ məni stajlı işçi olaraq götürmüşdülər. Bir sözlə, işçiyə dəyər verməyən yeganə şəbəkədir “Bravo”. Başqa marketlərdə də işləmişəm, “Bravo”da bu iş sıfırdır”.

Elandakı maaşlara da etiraz edənlə rolub: “Adi fəhlə 900 AZN alır, 500-600 manat nə puldur? Satıcılara minimum 800 AZN versəniz, doğru olar”.

 

******

“Bravo” marketlər şəbəkəsi olaraq hər zaman əməkdaşlarımızın inkişafına böyük önəm veririk və şirkətimizin böyüməsi ilə paralel olaraq, onların karyera imkanlarını artırmağa çalışırıq.

Öz missiyamıza sadiq qalaraq minimum qiymətə maksimum keyfiyyəti Gəncədə  müştərilərə təqdim etməyə başlamışıq. Sizə Gəncə Mall-da yerləşən Bravo  Supermarketin açılışından fotoları təqdim edirik. Artıq Gəncə də Bravo ilə  birlikdə yüksək qiymətlərə qarşıdır!

Bu barədə XALQ.AZ-a marketlər şəbəkəsindən bildirilib.

“Bizim əməkdaşlarımızın peşəkar inkişafı, mükafatlandırılması və karyera yüksəlişi ilə bağlı məqsədimiz hər zaman şəffaf, obyektiv və ədalətli proseslərə əsaslanır. Hər 6 aydan bir aparılan performans qiymətləndirmələri və illik olaraq təşkil edilən müsahibələr əməkdaşlarımıza şəxsi və peşəkar bacarıqlarını nümayiş etdirmə imkanı yaradır. Şirkətimizdə “Leader in Me” adlı xüsusi daxili inkişaf layihəsi ilə, əməkdaşlarımıza müvafiq təlimlər, dəstək və təcrübə qazandırma imkanları təqdim edilir.

Bravo”ya işçilər tələb olunur - Index.az

Biz “Bravo” olaraq, hər bir əməkdaşımızın öz inkişafı üçün bərabər imkanlar əldə etməsini təmin edirik və hər zaman onların fikirlərini dinləyirik. Əgər hər hansı əməkdaşımızın iş proseduru ilə bağlı müzakirəyə ehtiyacı olan mövzusu varsa, biz bu məsələlərə xüsusi diqqət göstərir və həll yolları tapmaq üçün hər zaman açıq, şəffaf bir müzakirə mühiti təmin edirik.

Şirkətimizin fəaliyyətində müştəri məmnuniyyəti qədər əməkdaş məmnuniyyəti də ön plandadır. Hər bir əməkdaşımızın işini dəyərləndirmək və ona uyğun olaraq mükafatlandırmaq bizim prioritetimizdir. Biz əminik ki, əməkdaşlarımızın inkişafına göstərdiyimiz diqqət, şirkətimizin ümumi uğuruna müsbət təsir göstərir və gələcəkdə daha da uğurlu bir komandamızın formalaşmasına zəmin yaradır.


media-728x90banner

Bənzər xəbərlər