Brilyant Dadaşovanın həyat yoldaşı Ədalət Hacıyev direktor təyin olunub
Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub.
XALQ xəbər verir ki, naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Qasım oğlu Hacıyev Gəncə teatrının direktoru təyin olunub.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev vəzifəsindən azad olunub.
Nazirin digər Əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri idi.
Bununla bağlı mədəniyyət naziri Adil Kərimli Əmr imzalayıb.
Xatırladaq ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır və onların bir oğulları var.
Fotoda Oleq Əmirbəyov











