media-villa

Parlamentin keçmiş üzvü Etibar Əliyev təklif edib ki, Ramiz Mehdiyevin Qəbələdəki villası AMEA-nın yoxsul əməkdaşlarına verilsin.

 XALQ xəbər verir ki, sabiq deputat bu barədə sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Mehdiyevə o villaları Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hədiyyə verib:

“Yazırlar ki, leviafan Ramiz Mehdiyevin Qəbələdə 3 nəhəng villası var və onları Kəmaləddin Heydərov peşkəş edib. Kəmaləddin Heydərov başa düşüb ki,“filosof” şəhərin səs -küyündə fəlsəfə ilə məşğul ola bilmir. Yəqin ki, onun iş şəraitini yaxşılaşdırmaq üçün bu nəcib addımı atıb.

Həmin villaları AMEA-nın Fəlsəfə institutunun yoxsul əməkdaşlarına versələr əla olar.

Heç olmasa yayda təbiətin qoynunda düşüncələrə qərq olardılar”.


media-728x90banner

Bənzər xəbərlər