Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən XALQ.AZ-a verilən məlumata görə, imtahanda 51 min 908 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq.

İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 74 şagird də iştirak edəcək.

 


media-728x90banner

Bənzər xəbərlər