Bu gündən Azərbaycanda minimum əməkhaqqı artır.

XALQ.AZ  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği yanvarın 1-dən 400 manat müəyyən edilib.

Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən indiyədək 345 manat təşkil edirdi.


media-728x90banner

Bənzər xəbərlər