Azərbaycan Ali Məhkəməsinə hakimlər təyin ediləcək.
 XALQ  xəbər verir ki, bununla bağlı Milli Məclisə müvafiq sənəd layihəsi daxil olub.
Layihə parlamentin oktyabrın 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Sənədə əsasən hakimlər Cəmilova Xəyalə Adil qızı və Hüseynov Zaur Nazim oğlunun vəzifələrinin dəyişdirilərək Ali Məhkəmənin hakimləri təyin edilməsi təklif edilib.
Qeyd edək ki, hər iki hakim Bakı Apellyasiya Məhkəməsində çalışır.

media-728x90banner

Bənzər xəbərlər