Ermənistana sülh müqaviləsindən sonra Azərbaycan Konstitusiyasına dəyişikliklər ola bilər.

XALQ xəbər verir ki,bunu Milli Məclisin deputatı Rövşən Muradov Modern.aza açıqlamasında deyib. Onun fikrincəyeni idarəetmə modeli bunu tələb edir. Deputat indiki halda həm icra hakimiyyətlərinin, həm də xüsusi nümayəndəliklərin paralel mövcudluğunun mümkün olmadığını əlavə edib.

“Yeni idarəetmə modelində icra hakimiyyətləri başqa formada qalacaq, xüsusi nümayəndəliklər isə iqtisadi zonalar üzrə fəaliyyət göstərəcək. Məsələn, gələcəkdə Şuşanın ayrıca nümayəndəsi yox, Qarabağın xüsusi nümayəndəsi olacaq və onun tərkibində müvafiq icra strukturları fəaliyyət göstərəcək. Şişirdilmiş aparatlara ehtiyac qalmayacaq”.

O vurğulayıb ki, bu sülh müqaviləsindən sonra mümkün olacaq.

Xatırladaq ki, Xüsusi nümayəndəlik institutu əsasən işğaldan azad edilmiş ərazilərdə tətbiq olunur və bu, Prezidentin fərmanları və müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Xüsusi nümayəndəliklər icra orqanları ilə paralel fəaliyyət göstərir. İcra hakimiyyətlərinin tam əvəzlənməsi üçün isə Konstitusiya dəyişikliyi tələb olunur.


media-728x90banner

Bənzər xəbərlər