Bu hərbçilər qanun dəyişdi
htiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılacaq.
XALQ-ın məlumatına görə, bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılacaq.
Komitə sədri bildirib ki, mövcud qanunvericiliyə əsasən, ali təhsilli çağırışçılar 1 il müddətli həqiqi hərbi xidmət keçdikdən sonra zabit hazırlığı üzrə kursu müvəffəqiyyətlə bitirərək bağlaşma əsasında könüllü surətdə 1 il 6 ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilə bilərlər.
Millət vəkili Fazil Mustafa isə müzakirələr zamanı paytaxtdakı qəzalı binalardan danışıb.
Plenar iclasda eyni zamanda Azərbaycanın 6 ölkə ilə diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi ilə bağlı sənədlər müzakirəyə çıxarılıb. Layihələr səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.










