Gözlənilən Parlament seçkiləri ilə bağlı  MSK-nin sədri Məzahir Pənahov açıqlama verərək hazırlıqlar getdiyini mətbuata bildirmişdir. Həmçinin bir sıra partiyalarda seçkilərlə bağlı iclaslar keçirilir.
Bölgələrdə hakim partiyanın rayon təşkilat sədrləri arasında dəyişiklik edilir,daha gənc kadrlar önə çəkilir. Keçiriləcək parlament seçkiləri ilə bağlı rayon icra hakimiyyətlərində də dayişiklik olunur belə ki, Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov və Beylaqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev vəzifədən azad olunublar. Hələlik bu rayonlara təyinat yoxdur.
Məlumata görə dəyişiklik bununla yekunlaşmayacaq. İqtidar təmsilçilərindən XALQ.AZ-a bildiirb ki, yaxın vaxtlarda bir neçə icra başçısı da yola salınacaq.

Vəzifədən gedəcək icra başçılarının siyahısının hazır olduğunu bildirib. Qeyd edib ki, ilkin mərhələdə yaşı 65 və 70-dən yuxarı olan icra başçılarının vəzifədən azad edilməsi nəzərdə tutulur:

Parlament seçkilərinə qədər bu icra başçıları vəzəfədən azad olunması proqnozlaşdırılır:

 

Gəncə şəhər icra başçısı   Niyazi Bayramov – 1956-cı ildə doğulub 68 yaş yaşı var

Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə – 1947-ci ildə doğulub, 77 yaşı var.

Şuşa şəhərinin icra başçısı Bayram Səfərov – 1951-ci ildə anadan olub, 73 yaşı var.

Qobustan rayonunun icra başçısı Adil Məmmədov – 1952-ci ildə anadan olub, 72 yaşı var.

Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynov – 1953-cü ildə anadan olub, 71 yaşı var.

Qubadlı rayonunun icra başçısı Malik İsaqov – 1953-cü ildə anadan olub, 71 yaşı varı var.

Ağdaş rayonunun icra başçısı Tofiq İbrahimov – 1954-cü ildə anadan olub, 70 yaşı var.

Siyəzən rayonunun icra başçısı Novruz Novruzov – 1954-cü ildə anadan olub, 70 yaşı var.

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov 1959-cu il -65 yaş

Füzuli rayonunun icra başçısı Alı Alıyev – 1955-ci ildə anadan olub, 69 yaşı var.

Lənkəran şəhər icra Hakimiyyətinin başçısı-1959 ildə anadan olub-65 yaş var.

Zərdab rayonunun icra başçısı Mərdan Camalov -1956-cı ildə anadan olub, 68 yaşı var.

Xocalı rayonunun icra başçısı Şahmar Usubov – 1953-ci ildə anadan olub, 71 yaşı var.

Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov – 1953-cü ildə anadan olub, 71 yaşı var.

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov – 1958-ci ildə anadan olub, 66 yaşı var.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev -1965-ci ildə anadan olub
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi Isayev 1959-ci il doğumlu -65 yaş

Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov – 1954-cü ildə anadan olub, 70 yaşı.

XALQ.AZ


media-728x90banner

Bənzər xəbərlər