“Bu kimi tədbirlərin keçirilməsi üçün hər ölkədə bizdə olduğu kimi şərait yoxdur”
“Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi bir məkandır”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan WUF13-ə də COP29-da olduğu kimi uğurla ev sahibliyi edir:
“Bu kimi tədbirlərin keçirilməsi üçün hər ölkədə bizdə olduğu kimi şərait yoxdur. Buna təhlükəsizlik məsələləri, müharibələr səbəb göstərilə bilər”.










