Bu məhkəmələrə hakimlər təyin olunacaq
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək.
XALQ APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə olunan “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında” layihədə əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcək:
– Əliyeva Aytən Heydər qızı – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi;
– Hüseynov Telman Qulaməli oğlu – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi;
– Nuriyev Elnur Aləm oğlu – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi;
– İsmayılzadə Fərid Sabir oğlu – Şəki İnzibati Məhkəməsinin hakimi;
– Abdullayev Elşən Uğur oğlu – Şirvan Kommersiya Məhkəməsinin hakimi;
– Hüseynov Elməddin Mirpaşa oğlu – Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi;
– Qafarova Rəna Nazim qızı – Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi.
Bundan başqa, Şəki və Şirvan apellyasiya məhkəmələrinə də yeni hakimlər təyin ediləcək.
Aşağıdakı hakimlərin vəzifələri dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcək:
– Mustafayev Etibar Mustafa oğlu – Şəki İnzibati Məhkəməsinin hakimi;
– Əsgərov Anar Əlifağa oğlu – Ağsu Rayon Məhkəməsinin hakimi.
Aşağıdakı hakimlərin vəzifələri dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcək:
– Hacızadə Fəxri Hümmət oğlu – Şəki İnzibati Məhkəməsinin hakimi;
– Ağabəyov Nicat Rauf oğlu – Lənkəran Rayon Məhkəməsinin hakimi.
Eyni zamanda Nural Turab oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək. Bakı Hərbi Məhkəməsinin hakimi Bilal Mahir oğlu Məmmədovun vəzifəsi isə dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq.
Həmçinin Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayev vəzifəsindən azad edilərək Azərbaycan Ali Məhkəməsinə hakim təyin olunacaq.
Bundan başqa, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin vəzifəsinin dəyişdirilərək Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi planlaşdırılır.










