media-pas

Almaniyada Aldi-Nord mağazalarında satılan Arrabbiata növlü makaron sousları içərisində şüşə parçalarının aşkarlanmasından sonra geri çağırılıb.

Hansı souslarda şüşə parçalarının ola biləcəyi ilə bağlı detalları şirkət açıqlayıb.

Məlumata görə, Aldi-Nord mağazalarında satışda olan “Cucina Nobile Arrabbiata” makaron souslarının şüşə qablarında şüşə parçaları aşkar edilib. Bu səbəbdən məhsullar təcili şəkildə satışdan yığışdırılıb.

“Hügli Food GmbH” şirkətinin açıqlamasında bildirilib ki, problem yalnız son istifadə tarixi 11 avqust 2025 olan məhsullarda aşkarlanıb. Digər tarixli məhsullarda və digər sous növlərində isə hər hansı risk müəyyən edilməyib.

İstehlakçılara həmin məhsulları istifadə etməmələri və geri qaytarmaları barədə xəbərdarlıq olunub. Aldi-Nord risk daşıyan bütün məhsulların rəflərdən çıxarıldığını açıqlayıb. Məhsulu alan şəxslərin hətta çek təqdim etmədən geri qaytarıb pulunu ala biləcəyi bildirilib.

Geri çağırılan məhsulun xüsusiyyətləri belədir:

Məhsulun adı: Cucina Nobile makaron sousu
Həcmi: 400 ml, şüşə qab
Növü: Arrabbiata
Son istifadə tarixi: 11 avqust 2025


media-728x90banner

Bənzər xəbərlər