“Qarabağda baş verən insidentlərdə bir neçə dövlətin rolu var”. Bu sözləri  deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Fransanın insidentlərdə rolunun olması aydındır: “Belə ki, Emmanuel Makron davamlı olaraq sülhə mane olmağa çalışır. Daha vacib məqam isə odur ki, son insidentlər Amerikada danışıqlar aparılarkən baş verdi. Bu da müəyyən suallar yaradır ki, təsadüfi deyil. Yəni, Amerikada görüş olarkən təxribatlar məqsədli şəkildə törədilib”.

Deputat sözlərinə belə davam edib: “Bilirik ki, bu gün Qarabağda əsas söz sahibi rus sülhməramlılarıdır. Oradakı silahlı qüvvələr də rus sülhməramlılarının nəzarətindədir. Ona görə də yekun fikir ona gətirib çıxarır ki, burada rus sülhməramlıları maraqlıdır və proseslərdə onlar da iştirak edir. Bu məsələlərdə Azərbaycanın mövqeyi çox sərtdir.

Son hadisələrdə 5 erməni hərbçisinin qətlə yetirilməsi və hərbi hissənin atəşə tutulması da bir daha göstərdi ki, Azərbaycan belə məsələlərə çox sərt və kəskin reaksiya verəcək. Bu kimi halların baş verməməsi üçün Ermənistan daha diqqətli olmalıdır. Rus sülhməramlıları da belə təxribatlardan çəkinməlidir”.


media-728x90banner

Bənzər xəbərlər