Cənub Qaz Dəhlizi ilə əlaqədar yaradılan Dövlət Komissiyası ləğv edilib.

 

XALQ.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə yaradılan Dövlət Komissiyası ləğv edilib.

 

Bununla əlaqədar “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” sərəncamda müvafiq dəyişikliklər edilib.

 

Başqa sözlə, Dövlət Komissiyası artıq təyin etdiyi nümayəndələr vasitəsi ilə SOCAR-a məxsus olan “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasında təmsil olunmayacaq.

Qeyd edə ki, Cənub Qaz Dəhlizi ilə əlaqədar yaradılan Dövlət Komissiyasının üzvləri bu siyahıda olanar idi.

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.


media-728x90banner

Bənzər xəbərlər