Bu uşaqlar üçün avtobus hədiyyə olundu
Dekabrın 24-də “Təmiz Dünya” sığınacağında yaşayan uşaqlar üçün bayram şənliyi təşkil olunub.
XALQ xəbər verir ki, şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Şaxta baba və Qar qız nağıl qəhrəmanları ilə birlikdə şənlikdə iştirak edən uşaqları əyləndirib, onlara xoş anlar yaşadıblar.
Uşaqların məktəbə rahat və təhlükəsiz şəkildə gedib-gəlmələrini təmin etmək məqsədilə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva tərəfindən mərkəzə yeni avtobus hədiyyə olunub.
Sonra Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva uşaqlara hədiyyələr təqdim edib, balacaların sevincinə şərik olublar.

































Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar.
Qonaqlar məktəbdə təşkil olunan Yeni il tədbirində iştirak ediblər.
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva burada təhsil alan şagirdlərlə görüşərək onları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim ediblər.
Qonaqlar şagirdlərin çıxışlarını və rəqslərini izləyib, onların ifasında şeir və musiqi parçalarını dinləyiblər.
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva daha sonra uşaqlarla söhbət edib və şəkillər çəkdiriblər.
Qeyd edək ki, gözdən əlil uşaqlar üçün internat məktəbi 1961-ci ildə inşa edilib. Məktəb 2006-cı ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib, yeni sinif otaqları, kompüter zalı yaradılıb və müasir avadanlıqla təchiz olunub.






























