Bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Seçkilərdə iştirak edən partiya siyahıs ilə və bitərəf iştirak edən məmurlar da var.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) ötən günlərdə açıqladığı namizəd siyahısında baş nazirin müavini,rektor, icra başçısı, v s. məmurların da adı var. Həmçinin bitərəf olan məmurlarda artlq parlament seçkilərində iştirak etmələrini gözlənilir.

XALQ.AZ məmurlarla bağlı məlumatı təqdim edir:

Əli Əhmədovdur. O, 2013-cü ildə baş nazirin müavini təyin edilib. Əli Əhmədov I, III və IV çağırış parlamentin deputatı olub. YAP-ın sədr müavini 25 saylı Nizami ikinci seçki dairəsindən namizədliyi irəli sürülüb.

YAP-ın namizəd siyahısındakı digər məmur Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur. Asif Əsgərov 2000-2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006-2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009-2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Onun namizədliyi 112 saylı Zaqatala seçki dairəsindən irəli sürülüb.


Ramid Namazov 50 saylı Abşeron üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədidir. O, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsində çalışır.
Namizədlərin siyahısında Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olan Heydər Əsədovun da adı var. Onun namizədliyi 51 saylı Şirvan seçki dairəsindən irəli sürülüb. 65 yaşlı Heydər Əsədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2013-2018), Azərbaycan Respublikası Hesablama Palatasının sədri (2007-2013) kimi vəzifələrdə də çalışıb.

YAP-ın siyahısındakı növbəti məmur Mehriban Vəliyevadır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçmiş müdiri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini 44 saylı Sumqayıt üçüncü seçki dairəsində YAP-ı təmsil edəcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə də 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliyini irəli sürüb. O, namizədliyini 87 saylı Qobustan – Şamaxı – İsmayıllı seçki dairəsindən irəli sürüb.

 Səbinə Salmanova  46 saylı Sumqayıt beşinci seçki dairəsindən namizədliyini irəli sürüb, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri olan Səbinə Salmanova seçkilərə bitərəf kimi qatılır.

Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov da deputat olmaq istəyənlər sırasındadır. O, 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Azər Əmiraslanov baş nazirin 2019-cu il 4 dekabr tarixli sərəncamı ilə Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1-ci dərəcəli dövlət müşaviridir.

Namizədliyi 48 saylı Abşeron birinci seçki dairəsindən irəli sürülən Nigar Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktorudur.

121 saylı Laçın seçki dairəsindən namizəd olan Rövşən Muradov Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində işləyir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da namizəd olacaq. O, 124 saylı seçki dairəsindən namizədliyini irəli sürüb.

Ağsu Tibb Mərkəzinin baş həkimi vəzifəsində çalışan  Yeni Azərbaycan Partiyasının  90 saylı Ağsu Seçki dairəsindən namizədi Hüseynov Əli Abbas oğludur.

Qeyd edək ki, müvafiq qanunvericiliyə görə deputat seçilən şəxslər hökumətdə vəzifə tuta bilməz. Sözügedən şəxslər deputat seçiləcəyi təqdirdə vəzifələri ilə vidalaşmalı olacaqlar…


media-728x90banner

Bənzər xəbərlər