“Bələdiyyə torpaqları çox ucuz qiymətə 100,200 bəzən isə 1000 hektarlarla fermerlərə verilir”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında depuatat Cavanşir Paşazadə bildirib.

Depuatat qeyd edib ki, vaxtı ilə kənd fonduna daxil olan yəni sovxoz və kolxoz torpaqları var idi: ” Bu gün artıq kənd fonduna daxil olan torpaqlar yoxdur. Sovxoz və kolxoz torpaqları pay torpaqlarına bölündü. Qalan hissəsi isə bələdiyyə torpaqlarının tabeliyinə verildi. Hesab edirəm ki, bələdiyyə torpaqları ilk öncə yerli sakinlərə təklif edilməlidir. Yerli sakinlər o torpaqları istəməsə digər insanlara təklif edilsin. Bələdiyyə torpaqları çox ucuz qiymətə 100, 200 bəzən isə 1000 hektarlarla fermerlərə verilir. O fermerlərdə torpaqlardan bəzən heç təyinatı üzrə istifadə də etmir. Hətta onların arasında Azərbaycanda yaşamayanlar da var.

Araşdırma aparılsa görərik ki, o insanların ölkə ərazisinin bir neçə yerində bu cür torpaqları var. Onlar kənd camaatını qeyri-qanuni yolla, muzdla işlədirlər. Təəssüf ki, insanlar öz kəndində nökər kimi işləyir. Mən təklif edirəm ki, qanunda dəyişiklik edilsin və hər 40-50 ilə verilən torpaqlardan istifadə edərkən fermerlər hər 1 və ya 2 hektara insanları qanuni şəkildə işə götürüb, gələcəkdə onları pensiya ilə təmin etsinlər. Çünki o torpaqlarda işləyənlərin çoxusu kimsəsiz və imkanı olmayan qadınlardır. Biz bu yolla həmin qadınların gələcəyini də təmin etmiş olarıq. Bilirsiniz ki, bu gün fermerlərə dövlət tərəfindən güzəştlər edilir. Buna görə də fermerlər də çalışdırdıqları insanların sosial rifahını yaxşılaşdırmağa çalışmalı və onların qayğısına qalmalıdırlar. Düşünürəm ki, bu addımla biz həm cənab prezidentin ölkə ərazisində işsizliyin azadılması ilə bağlı atdığı addımlara dəstək vermiş olarıq, həm də bu yolla insanların şəhərlərə axının qarşısı alarıq”


media-728x90banner

Bənzər xəbərlər