“Buta Palace” da dəbdəbəli toyda xarici ulduzlar oxudu-Video
Xəbər verdiyimiz kimi Türkiyənin məşhur müğənnisi Mustafa Sandal Bakıda toyda çıxış edib.
XALQ xəbər verir ki, ulduz “Buta Palace”da keçirilən dəbdəbəli toy mərasimində çıxış edib.
Məlumatlara görə Mustafa Sandal toyda çıxış üçün 170 min manat qonarar alıb.
Həmçinin toyda özbək müğənni Xalq artisiti Yulduz Usmanovada çıxış edib.
Qeyd edək ki, toyda həmçinin Xalq artistləri Röya Ayxan, Aygün Kazımova, Miri Yusif, Alim Qasımov, Tünzalə Ağayeva, Natiq Şirinov, Avroviziya qaliblərimiz Nigar Camal, Eldar Qasımov, müğənnilər Natavan Həbibi, Sevda Yahyayeva, Samir Cavadzadə, Elçin Cəfərov, aktyor Nicat Rəhimovda çıxış ediblər.










