Bütün iranlılarla birlikdə əziz ölkəmizi müdafiə etməyə hazırıq
İsrail rejimi Tehran vaxtı ilə səhər saat 4-dən sonra hücumları dayandırsa, davam etdirmək niyyətimiz olmayacaq”.
XALQ xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi “X” hesabında yazıb:
“Hələlik hər hansı atəşkəs və ya hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq yoxdur. Hərbi əməliyyatlarımızın dayandırılması ilə bağlı yekun qərar hücumlar dayandırıldıqdan sonra veriləcək. Bütün iranlılarla birlikdə əziz ölkəmizi son damla qanına qədər müdafiə etməyə hazır olan və düşmənin istənilən hücumuna son dəqiqəyə qədər cavab verən cəsur Silahlı Qüvvələrimizə təşəkkür edirəm”.