Cabir İmanov Yasamal qəbiristanlığında dəfn edilib
Əməkdar artist Cabir İmanov dəfn edilib.
XALQ xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə mərhumun yaxınları, sənət yoldaşları, bir sıra rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, Əməkdar artist Cabir İmanovla Şəhriyar adına Mədəniyyət Mərkəzində vida mərasimi keçirilib.
Vida mərasimində dövlət rəsmiləri də iştirak edirlər.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev də iştirak edib.
Həmçinin xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Mərkəzi Bankın sədri Taleh Kazımov və digər rəsmilər var.