Cavadxan küçəsində tikinti yekunlaşdı: Həmişə yaşıl ağac belə mə*v olundu-Videofakt
Nəsimi rayonunun Memar Əcəmi metrostansiyasının yanında qanunsuz tikinti başa çatdı.
Bu barədə mediada dəfələrlə yazılmağına baxmayaraq, aidiyyətı qurumlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi istisna olmaqla məsələyə reaksiya vermədilər.
Nəsimi rayonu, Cavadxan küçəsi Şəki kafesinin ərazisində ağacların kəsilməsi ilə bağlı 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə daxil olan şikayət araşdırılıb.
Məsələ ilə bağlı idarənin rəisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı ağaclar təmir-tikinti işləri aparılan zaman kafe sahibi Famil Səfərovun göstərişi ilə kəsilib. Nəticədə təbiətə 11700 manat məbləğində ziyan dəydiyi müəyyənləşib.
Bu məsələ ətrafında XALQ araşdırma apararaq cərimə olunduqdan sonra tikinti ərazisində yenidən ağac kəsilib.
Bu barədə XALQ-a daxil olan videogörüntülərdən aydın olur ki hasar bitişik əvvələr həmişə yaşıl ağac qurudularaq mə*v edilib.
Məsələ ilə bağlı aidiyyatı qrurmlarda heç bir açıqlama almaq mümükn olmadı
Qeyd edək ki, Nəsimi rayon icra hakimiyyətinin səlahiyyətli şəxsləri qanunsuz tikintiyə necə icazə verildiyi məlum olmadı.
Həmin görüntüləri təqdim edirik:
Əvvəl:
Sonra: