Cavançir Feyziyev 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

XALQ.AZ xəbər verir ki, Cavançir Feyziyev 115 saylı  Şəki kənd seçki dairəsindən namizədliyini irəli sürəcək.

Qeyd edək ki, Cavançir Feyziyev  dördüncü, beşinci  və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

“Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti” İctimai Birliyinin həmtəsisçisidir.2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Fəlsəfə doktorudur.


media-728x90banner

Bənzər xəbərlər