Cavanşir Paşazadə seçicilərlə görüşdü
Millət vəkili Cavanşir Paşazadə Şağlaser kəndində seçicilərlə görüş keçirib.
XALQ.AZ məlumat verir ki, görüşdə deputat Cavanşir Paşazadə seçicilərin çoxsaylı müraciətlərini dinləyib, onların qaldırdığı məsələlərlə yaxından tanış olub, fikir mübadiləsi aparıb. Görüşdə, millət vəkili seçiciləri maraqlandıran suallar da cavablandırılıb.

















