Cavanşir Paşazadə seçicilərlə görüşlər keçirib
Milli Məclisin deputatı Cavanşir Paşazadə Liman şəhərindən olan seçiciləri ilə görüşüb.
Millət vəkili vətəndaşların qayğıları, üzləşdiyi problemlərlə maraqlanıb. Seçicilərin hər birini ayrı-ayrılıqda dinləyən deputat Cavanşir Paşazadə mövcud problemlərin qanun çərçivəsində operativ şəkildə həll edilməsi üçün müvafiq qurumlara müraciət ünvanlanmasına dair öz tapşırıqlarını verib.
Sonda bir qisim seçici artıq həllini tapmış məsələlərlə bağlı deputata təşəkkürlərini ifadə ediblər.
Həmçinin Milli Məclisin deputatı Cavanşir Paşazadə Separadi, Zövlə, Tükəvilə kəndlərindən olan seçiciləri ilə görüşüb.
Görüşdə deputat Cavanşir Paşazadə seçicilərin çoxsaylı müraciətlərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Şikayətlər deputat tərəfindən dinlənildikdən sonra lazımi tapşırıqlar verilib və qısa müddətdə kənd sakinlərinin bu qəbildən olan tələb və təkliflərinin müvafiq dövlət qurumlarına çatdırılması ilə bağlı tədbirlər görüləcəyi bildirilib.
Seçicilər görüşdən məmnunluqlarını ifadə edərək göstərdiyi diqqətə millət vəkilinə təşəkkür ediblər.

















