Cavid Osmanov görüş keçirib
Yeni Azərbaycan Pariyası (YAP) Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov Ərəbocağı kəndində seçicilərlə görüşüb.
Görüşdə C.Osmanov son 15 il ərzində ölkəmizin keçdiyi uğurlu inkişaf yolundan – həyata keçirilən beynəlxalq əhəmiyyətli və eləcə də respublika miqyaslı layihələrdən söz açı. Bütün görülən işlərin ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində ərsəyə gəldiyini qeyd edən Milli Məclisin deputatı cənab Prezidentin son günlərdə imzaladığı Fərman və sərəncamlara da diqqət çəkib. İnsanların sosial rifahının yüksəldilməsi üçün atılan bu addımların ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb: «Prezident İlham Əliyevin verdiyi qərarlar vətəndaşların maraqlarına xidmət edir. Prezidentimizin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə qeyd etdiyi kimi, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bütün bunlar Azərbaycan dövlətinin sosial siyasətinin davamlı səciyyə daşıdığı barədə konkret təsəvvür yaradır. Respublikamızda həyata keçirilən sosial siyasət insanların sosial xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yönəldilməklə təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, digər sosial-mədəni tədbirlərin inkişaf etdirilməsi və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədlərinə dövlət büdcəsindən hər il böyük məbləğdə vəsait ayrılır. 2019-cu ilin dövlət büdcəsinin layihəsində büdcənin sosial yönümlülüyünün təmin edilməsi və bütün sosial proqramların icrası ilə bağlı qarşıya qoyulan vəzifələrin həllini tapması da təsadüfi deyildir.»
Görüşdə çıxış edən Səməd Səmədov, Natiq Məmmədov, Mayıs Qarayev, Sevda Məmmədova, Zahir Abdullayev, Məsburə Məbudova, Zülfü Mahmudov, Tapdıq Sadıqov bildiriblər ki, cənab Prezident İlham Əliyevin gördüyü bütün işlər xalqımızın firavan yaşaması və ölkəmizin daha da çiçəklənməsi naminə həyata keçirilir.
Sonda Cavid Osmanov seçiciləri maraqlandıran sualları cavablandırıb.





Orxan










