Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakının azad edilməsinin 100 illiyi ilə bağlı Azərbaycan xalqını təbrik edib.

XALQ.AZ xəbər verir ki,  M.Çavuşoğlu “Twitter” səhifəsində yazıb ki, Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyini qardaş Azərbaycanla birlikdə qeyd edirlər.

Qeyd edək ki, bu gün Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 100 il ötür.

1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq, şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad edib.

 

 

Orxan


media-728x90banner

Bənzər xəbərlər