media-vb

Bazarda müşahidə edilən və vətəndaşların da hiss etdiyi bahalıq əslində qiymət artımından daha çox gəlirlərin artmaması ilə bağlıdır. Ötən ilin qiymətləri ilə müqayisədə bazarda ciddi bahalaşma yoxdur, yalnız müəyyən məhsullar üzrə cüzi qiymət artımları müşahidə edilir. Lakin vətəndaşların gəlirləri artmadığı üçün hər şey daha baha görünür.

Bu sözləri  iqtisadçı Günay Hüseynova qiymətlərin vətəndaşın cibinə təsirləri barədə danışarkən deyib.

İqtisadçı qeyd edib ki, vətəndaşın gəliri uzun müddətdir stabil qalıb və nəzərəçarpacaq şəkildə artmır:

“Xüsusilə qida sektorunda məhsulların qiymətində baş verən ən kiçik artım belə insanların büdcəsinə ciddi təsir göstərir. Əgər gəlirlər də paralel şəkildə artsaydı, vətəndaşlar bu qiymət dəyişikliklərini bu qədər hiss etməzdilər.

Əvvəllər insanlar meyvə və tərəvəzi kiloqramlarla, hətta yeşiklərlə alırdılar. Bu gün isə kiloqramla alış-veriş edənlərin sayı da xeyli azalıb.

Marketlərdə artıq ərzaq məhsulları, hətta meyvə-tərəvəz belə ədədlə və ya qramla paketlənmiş formada satılır. Dəfələrlə şahidi olmuşuq ki, insanlar cəmi iki pomidor, üç xiyar və ya üç alma çəkdirərək alırlar. Bu isə vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşdüyünün, gəlirlərinin xərcləri qarşılamaqda çətinlik çəkdiyinin göstəricisidir.

Artmayan gəlirlər fonunda xərclərin yüksəlməsi təkcə alıcıya deyil, satıcıya və istehsalçıya da mənfi təsir göstərir. Kənd təsərrüfatı məhsulları tez xarab olan məhsullardır və istehsalçı onların mümkün qədər tez satılmasında maraqlıdır. Məhsulun keyfiyyətli, təmiz və uzunömürlü olması üçün əlavə xərclər çəkilir. İstehsalçı satış zamanı həm bu xərcləri nəzərə alır, həm də çalışır ki, məhsullar əhalinin bütün təbəqələri üçün əlçatan olsun.

Məhz buna görə də bu gün market və bazarlarda əvvəlki illərdə müşahidə etdiyimiz ənənəvi canlılıq görünmür.

Əhalinin gəlirləri bazar qiymətləri ilə paralel şəkildə artsaydı, alıcılıq qabiliyyətində belə azalma müşahidə olunmazdı. Hazırda isə insanların əksəriyyətinin maaşı əsasən gündəlik ərzaq tələbatını ödəməyə kifayət edir. Ona görə də hər şey əhaliyə baha görünür”.

media-728x90banner

Bənzər xəbərlər