Cənubi Qafqazda sülh və təhlükəsizliyə böyük töhfə
Enerji sektorunun şaxələndirilməsi Azərbaycan Prezidentinin yürütdüyü siyasətinin əsas prioritetini təşkil edir.
Azərbaycanın İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda yaratdığı reallıq bölgənin gələcək əməkdaşlıq münasibətləri və inkişafı baxımdan, xüsusən də “yaşıl enerji”yə transformasiya istiqamətində əməkdaşlıq üçün yeni imkanlar açır. İqlim dəyişikliyi ilə mübarizədə yalnız birgə əməkdaşlıqla effektiv nəticə əldə edə bilər.
Bu məsələ Azərbaycanda ən yüksək səviyyədə diqqət mərkəzindədir. Belə ki, Prezident İlham Əliyev cari ilin 1 may tarixində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında bu məsələyə toxunub. “COP29-a sədrlik Azərbaycana tapşırılanda qeyd edildi ki, ölkəmizdə 2 qiqavat Günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər əlavə 5 qiqavat da istismara veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi istehsalında istifadə etmək üçün bizə imkan yaranacaqdır. Bütün bunlar üçün çox yaxşı sərmayə şəraiti yaradılıb”,-deyə Prezident İlham Əliyev çıxışında vurğulayıb.
Göründüyü kimi, Azərbaycanın neft-qazla yanaşı, alternativ və bərpaolunan enerji sahəsində böyük potensiala, imkanlara malik olduğundan qlobal iqlim dəyişikliyinə, o cümlədən qlobal enerji təhlükəsizliyinə öz töhfəsini verməyi qarşıya hədəf qoyub.
Mövzu ilə bağlı danışan deputat Mahir Abbaszadə bildirib ki, mayın 1-də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumununuin açılış mərasimində cənab Prezident İlham Əliyev alternativ enerjiyə keçidin Azərbaycanın yürütdüyü siyasətin ana xəttini təşkil etdiyini beynəlxalq aləmin diqqətinə çatdırdı:











