Bu həftənin ən mühüm hadisələri sırasında Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri xüsusi yer tutur.Çexiya-Azərbaycan münasibətlərində xüsusi diqqıtçəkən məqamlar arasında Çex Respublikasının Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmasıdır. Azərbaycan və Çexiya arasında əlaqələr enerji, iqtisadiyyat və parlamentlərarası əməkdaşlıq çərçivəsində uğurla inkişaf edir. İki ölkə arasında strateji tərəfdaşlıq müqaviləsi və qarşılıqlı sərmayələrin təşviqi və qorunması haqqında saziş və möhkəm hüquai baza rolunu oynayan digər sənədlər mövcuddur.Azərbaycan Çexiyanın əsas problemlərindən bir olan enerji təhlükəsizliyi sahəsində etibarlı partnyor kimi aparıcı rol oynayır.Milli Məclisdə Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.Azərbaycan və Çexiya arasında ikitərəfli əlaqələrin inkişafına əsaslı təkan verən mühüm amillərdən biri də regional və beynəlxalq məsələlərdə hər iki dövlətin mövqelərinin xeyli dərəcədə üst-üstə düşməsidir.Çex Respublikası Avropa İttifaqının və NATO-nun üzvüdür. Çexiya həm də Azərbaycanın transqafqaz nəqliyyat-kommunikasiya sistemi vasitəsilə Qərbi Avropaya çıxışının təmini baxımından əlverişli geosiyasi məkandır.Bütün bu sadalananlar kontekstində Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri sıradanbir görüş yox,həm iki ölkə arasında münasibətlərə kəmiyyət və keyfiyyət baxımından yeni məzmun verilməsi, daha yüksək mərhələyə daşınması, həm də dünya düzənən hazırkı çox mürəkkəb,təlatümlü və sürətlə dəyişdiyi bir şəraitdə Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycanın məvqeyinin güclənməsini,önəmini və rolunun sürətlə artmasını bir daha nümayiş etdirməklə geosiyasi baxmdan da kifayət qədər diqqıtçəkən hadisədir.
Azərbaycanla Çexiya arasında münasibətlərdə enerji sahəsindəki əməkdaşlıq əsas yer tutur. Çexiya Azərbaycanın xam neftinin əsas idxalçılarından biridir və SOCAR ilə sıx əməkdaşlıq edir. 2025-ci ildə Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsinin dəyəri 814,7 milyon dollar, o cümlədən bu ölkəyə ixracının dəyəri 744,8 milyon dollar, bu ölkədən idxalının dəyəri isə 69,9 milyon dollar təşkil edib.İxracda neft əsas yer tutur. Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır. Çexiyanın İdxal etdiyi neftin 42 faizi Azərbaycandan daxil olur. Azərbaycanla Çexiya arasında ticarət əlaqələri daha çox enerji amilinə əsaslansa da,ixracımızda onun payı üstünlük təşkil etsə də,digər sahə və istiqamətlər üzrə də irəliləyişə nail olmaqdan ötrü böyük potensial mövcuddur.Çexiyanın 25 şirkəti Azərbaycanda sənaye,kənd təssərrüfatı,tikinti və sair sahələrdə fəaliyyət göstərir.Çex Respublikasının Baş nazirinin ölkəmizə səfəri çərçivəsində biznes forumun keçirilməsi qarşılıqlı olaraq sərmayələrin təşviqi və iki ölkənin sahibkarları arasında yeni əlaqlərin yaranması baxımından mühüm əhəmiyyət kəsb edir.Eyni zamanda, əldə edilmiş bir sıra razılaşmalar mövcud əlaqələrin ardıcıl şəkildə daha da dərinləşməsinə yaxşı imkanlar açır.Bu,aprelin 27-də Qəbələdə baş tutan yüksək səviyyəli Azərbaycan-Çexiya görüşü zamanı müzakirə olunan məsələlərin dairəsinin genişliyində əyani şəkildə özünü göstərdi.Təkbətək,geniş tərkibdə görüşlər və biznes forumu zamanı müzakirələrdə İki ölkə arasında enerji sahəsindəki ənənəvi əməkşaşlıq münasibətlərinin dərinləşdirilməsi ilə yanaşı,yeni istiqamətlər hesabına strateji əməkdaşlığın gücləndirilməsi məsələsi də xüsuis yer tutub. Həmin prioritetlər 15 sentyabr 2015-ci il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ruhuna uyğun olaraq uzunmüddətli əməkdaşlığı möhkəmləndirmək və qarşılıqlı fayda naminə əlaqələri yeni sahələrə genişləndirərək, onlara keyfiyyətcə yeni xarakter vermək istəyi ilə siyasi, iqtisadi və ticarət,müdafiə və təhlükəsizlik,eləcə də elm,təhsil və mədəniyyət,turizm və s.sahələrdə əməkdaşlığın yeni,daha yüksək mərhələyə daşınmasını nəzərdə tutur.İqtisadi sahədə sənaye, energetika,nəqliyyat, infrastruktur,kənd təsərrüfatı, kommunikasiyalar, informasiya texnologiyaları,turizm və qarşılıqlı sərmayələrin artırılması üçün əlverişli mühitin yaradılması, Azərbaycan və Çexiya sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi kimi məsələlər xüsusi əhəmiyyət kəsb edir. Çexiya Baş nazirinin Azərbaycana səfərində nümayəndə heyətində həmin ölkənin 50 ən mühüm şirkətinin təmsil olunması Azərbaycan və Çex əməkdaşlığın hərtərəfli genişləndirmək istəyinin nə qədər böyük olduğunu göstərir. Bu kontekstdə tərəflər hesab edir ki, enerji, bərpa olunan enerji,nəqliyyat və sözügedən digər sahələrlə yanaşı, müdafiə və təhlükəsizlik sahəsində də əlaqələri genişləndirmək üçün böyük imkanlar var.Bu baxımdan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Çex Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında 1 oktyabr 2009-cu il tarixli Saziş əsasında müdafiə və təhlükəsislik sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın Çexiya ilə bu yöndə birgə istehsal layihələri üzərində danışıqlar aparılması, iki ölkə arasında sözügedən istiqamətdəki münasibətlərdə yeni keyfiyyət mərhələsinin başlandığını göstərir. Bu əməkdaşlıq həm Azərbaycanın müdafiə potensialını gücləndirə, həm də onun multiplikativ effektinin nəticəsi kimi iki ölkə arasında ümumiyyətlə sənaye sahəsində əməkdaşlığı daha dərin müstəviyə keçirə bilər.Azərbaycanla Çexiya arasında hərbi-sənaye sahəsində əməkdaşlıq sahəsində bu cür yüksək səviyyədə siyasi irardə nümüyiş etdirilməsi onun göstəricisidir ki, iki ölkə arasında siyasi etimad artıq özünün çox yüksək səviyyəsinə çatıb.Bu özünü Çexiyanın Baş nazirinin mətbuata bəyanatında və digər görüşlər zamanı Çex Respublikası ilə Azərbaycan Resbublikası arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşımasını bir neçə dəfə xüsusi vurğulaması,eləcə də hazırda Azərbaycanın dünyanın diqqət mərkəzində olması məsələsini önə çəkməsi timsalında çox aydın görünür.Bu,bir tərəfdən iki ölkə arasında əlaqələrdə prioritetlərin yeni nüanslarını bütün dünyaya nümayiş etdirdi,digər tərəfdən isə Baş nazirin belə bir mövqe sərgiləməsi təkcə Azərbayycan-Çexiya münasibətləri kontekstində deyil, Avropa İttifaqı məkanında Azərbaycanın artan rolunun, xüsusilə enerji, nəqliyyat və təhlükəsizlik sahələrində etibarlı tərəfdaş kimi qəbul edilməsinin növbəti təsdiqidir. Azərbaycanın bu gün dünyanın diqqət mərkəzində olması barədə səsləndirilən fikir isə son illər,xüsusən də İkinci Qarabağ müharibəsindən təkcə qalib dövlət kimi yox,həm də daha böyük hədəflərə nail olmağa qadir bir dövlət kimi çıxması,ölkəmizin regioda yaratdığı yeni sitauasiya, regional proseslərdə artan təsir imkanları və strateji təşəbbüsləri beynəlxalq miqyasda Azərbaycanı mühüm aktora çevirdiyinin Çexiya Baş nazirinin ifasinda Avropa İttifaqında formalaşan fikrin təsdiqidir.
Azərbaycan Prezidentinin mətbuata bəyanatında bildirdiyi kimi,Çexiya Baş nazirinin Azərbaycan səfəri çərçivəsində aparılan danışıqlar və əldə olunan nəticələr timsalında bir daha Çexiya-Azərbaycan dostluğu,əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır.
Çex Respublikasının Baş nazirinin Azərbaycana rəsmi səfərinin yekunları belə bir qənaətə gəlməyə əsas verir ki,Çexiya Avropada Azərbaycanın yaxın tərəfdaşlarından birinə çevrilir. Eyni zamanda, hər iki ölkə siyasi iradə nümayiş etdirərək əməkdaşlıq üçün mövcud potensialın açılmasına xidmət edən kompleks tədbirlər həyata keçirilməsinə çalışır.Əldə olunmuş razılaşmalar isə münasibətlərin bundan sonrakı mərhələdə daha sürətli templə inkişafına yaxşı imkanlar yaradır.Bu səfər Azərbaycanla Çexiya arasında əməkdaşlığın hərtrəfli genişləndirilməsi və intensivləşdirilməsinə güclü impuls verəcək.
Əli Məsimli
 Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər