Ceyhun Bayramovla Lavrov cəbhədəki vəziyyəti müzakirə etdi
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
XALQ.AZ xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-i yayıb.
S.Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin gərginləşməsindən narahat olduqlarını bildirib.










