media-78

Son illər Azərbaycan avtomobil bazarında tanınmağa başlayan Çin istehsalı əş “Changan” markalı avtomobillər münasib qiyməti və zahiri görünüşü ilə diqqət çəksə də, bu markanın texniki baxımdan ciddi çatışmazlıqları üzə çıxır. Ən önəmli və geniş yayılan problem isə avtomat sürət qutusunun nasazlığıdır.

media-77

 

Patrulaz.az xəbər verir ki, “Changan” avtomobillərində quraşdırılan avtomat və ikili mufta (DCT) tipli sürət qutuları qısa müddətli istismardan sonra müxtəlif nasazlıqlar yaradır. Sürücülərin məlumatına görə:

Ötürmələr arasında gecikmə və sarsıntı baş verir.  Hərəkət zamanı sürüşmə və titrəmə hiss olunur.

Mühərriklə ötürmə arasında uyğunsuzluq yaranır.  Bu hallar avtomobilin idarə olunmasını çətinləşdirir və təhlükəsizliyə birbaşa təsir göstərir.

Problemin yalnız texniki tərəfi ilə məhdudlaşmadığı da aydın olur.  Çünki: Zəmanət dövrü bitdikdən sonra sürət qutusu ilə bağlı təmir xərcləri çox yüksəkdir.

“Changan” markalı avtomobillərin münasib qiyməti və xarici görünüşü alıcıları cəlb etsə də, avtomat sürət qutusunun tez sıradan çıxması bu markanı ciddi şəkildə etibarsız edir. Qısa müddətdə nasazlıq yaradan əsas mexanizmin bahalı təmir olunması Changan avtomobillərinin ölkə bazarında mövqeyinə mənfi təsir göstərir.


media-728x90banner

Bənzər xəbərlər