“Chateau” hotelində ö*üm hadisəsi
Qusarda yerləşən hoteldə meyit tapılıb.
XALQ Bizim.media-ya istinadən xəbər verir ki, hadisə fevralın 13-ü saat 14 radələrində Çiləgir kəndində yerləşən “Chateau” hotelində baş verib.
1957-ci il təvəllüdlü Ukrayna vətəndaşı Boris Merzlyakovun meyiti hotel otağında aşkarlanıb.
Meyitin üzərində zorakılıq əlamətləri müşahidə edilməyib.
Qusara istirahətə gələn əcnəbi turist kəskin ürək çatışmamazlığından dünyasını dəyişib.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.










