Azərbaycan Mərkəzi Bankı (AMB) “CPM-İnvest İnvestisiya Şirkəti”

 

media-cpm

 

və “Troni İnvestisiya Şirkəti” QSC-lərə icrası məcburi göstəriş verib.

media-trr

 

XALQ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, aparılmış tematik yoxlamalar çərçivəsində hər iki investisiya şirkətində “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyi aşkarlanıb. Bununla bağlı investisiya şirkətlərinə xəbərdarlıq edilib, pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.


media-728x90banner

Bənzər xəbərlər