Xəbər verdiyimiz kimi, atılan raketlərdən biri şəhərin tanınmış Azərbaycan milli restoranı olan “Şah Plov”a düşüb.

Raket zərbəsi nəticəsində restoran dağılıb.

XALQ.AZ-ın məlumatına görə, sözügedən restoranın sahibinin kimliyinə aydınlıq gətirilib.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib.

Onun sözlərinə görə, Kiyevdə “İsgəndər”lə vurulan “Şah Plov” restoranı Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur:

“Restoran 2015-ci ilin iyulunda Ağalar Vəliyevin qardaşı oğlu Vəliyev Ramin Şahbaz oğlunun 33.3 faiz pay ortaqlığı ilə Ukraynada qeydiyyatdan keçmiş AXSAN MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ tərəfindən alınıb və restavrasiya olunub. Ramin Vəliyev 2011-ci ildən fəaliyyət göstərən və faktiki olaraq Ağalar Vəliyevə aid AZİTAL MMC-nin də təsisçisidir”.

Qeyd edək ki,Ağalar Vəliyevin oğlu  Pərviz Vəliyevdə bizneslə məşguldur, “Crystal Group of Companies” ASC-nin Müşahidə Şurası sədridir.  “Kristal Abşeron” binalarını tikən Pərviz Vəliyev həmçinin bir çox tenderlərin qalibi olur.

 


media-728x90banner

Bənzər xəbərlər