ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında sülh danışıqlarının ikinci raundunun yaxın gələcəkdə baş tuta biləcəyini açıqlayıb.

XALQ xəbər verir ki, Tramp bu haqda  “New York Post” qəzetinə müsahibəsində bildirib.

İslamabaddakı mənbələr Tehranla məsləhətləşmələrdə vasitəçilik səylərinin müsbət nəticələrini bildiriblər. Yaxın “36-72 saat” ərzində sülh danışıqlarının bərpası ehtimalının olduğu qeyd edilir.

“Bu mümkündür!”, – Ağ Ev rəhbəri ​​təsdiqləyib.

Xatırladaq ki, İran nümayəndə heyəti aprelin 22-də İslamabadda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunda iştirakdan imtina etdikdən sonra ABŞ Prezidenti Donald Tramp atəşkəs rejimini birtərəfli qaydada uzadıb. İran tərəfi atəşkəsin uzadılmasını tanımayacağını bəyan edib.


media-728x90banner

Bənzər xəbərlər