Davinçi Estetik Klinikasında Afərim Süleymanova həkim olmadan çalışır-Rəsmi məlumat
Xəbər verdiyimiz kimi, Davinçi Estetik Klinikasında qanunsuz estetik prosedurlar keçirildiyi iddia olunurdu.
Araşdırmamız nəticəsində məluma olmuşdur ki, Davinçi Estetik Klinikasında “Dr Afərim” Afərim Süleymanova adlı şəxsdə həkim sertifikatı olmadan tibbi prosedurlar (vaginaplastika,liposaksiya və s.) əməliyyatlar icra edir
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzini Davinçi Estetik Klinikasında “Dr Afərim” Afərim Süleymanova adlı şəxs barəsində rəsmi məlumatı təqdim edib:
Həmin açıqlamanı təqdim edirik:
Bildiririk ki, Analitik Ekspertiza Mərkəzinin qüvvədə olan lisenziyalar üzrə məlumat bazası əsasında aparılmış araşdırma nəticəsində Süleymanova Afərim Ağalar qızının fərdi sahibkar qismində özəl tibbi fəaliyyətlə məşğul olması üçün xüsusi razılığının (lisenziyasının) mövcud olmadığı müəyyən edilib.
Eyni zamanda aparılmış yoxlama zamanı qeyd olunan şəxsin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda olmadığı da təsdiqlənib.
Qeyd edirik ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, tibbi fəaliyyət yalnız müvafiq ixtisas təhsili, sertifikasiya və qüvvədə olan lisenziya əsasında həyata keçirilə bilər. Bu tələblərdən kənar istənilən tibbi praktika qanun pozuntusu hesab olunur və məsuliyyət yaradır.
Əhalinin sağlamlığının qorunması məqsədilə qeyd olunan məlumatların araşdırılması üçün aidiyyəti tibb müəssisəsinə rəsmi müraciət olunması və həmin şəxsin tibbi fəaliyyətini təsdiq edən sənədlərin təqdim edilməsi məqsədəmüvafiq hesab edilir.
Bildiririk ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ölkədə fəaliyyət göstərən özəl tibb müəssisələrində mütəmadi planlı yoxlamalar aparır. Bununla yanaşı, vətəndaş müraciətləri, mediada yayımlanan və ya insanların həyat və sağlamlığı üçün risk yarada bilən faktlar əsasında qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar keçirilir. Aşkar edilən qanunsuz tibbi praktika halları barədə inzibati tədbirlər görülür.
Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələri və aptek təşkilatları ilə bağlı qarşılaşdıqları hər hansı hallarla bağlı Analitik Ekspertiza Mərkəzinin “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının “MÜRACİƏT” bölməsi vasitəsilə müraciət edə bilərlər. Müraciətlər əsasında araşdırma aparılır və zərurət yarandıqda plandankənar yoxlama barədə qərar qəbul edilir.
Qeyd edək ki, Davinçi Estetik Klinikasına Rafiq Əliyev adlı şəxs rəhbərlik edir.
Davinçi Estetik Klinikasında “Dr Afərim” Afərim Süleymanova adlı şəxsin həkim kimi çalışması görüntülərini təqdim edirik:
Qeyd edək ki, bu kimi hallar hüquq-mühafizə orqanları tərəfindən araşdırılması zərurəti yaradır.













