media-qq

Bakıda 13 yaşlı qız intihar edib.

 XALQ xəbər verir ki, hadisə 30 noyabr tarixində paytaxtın  Binəqədi rayonu Rəsulzadə qəsəbəsində qeydə alınıb.

13  yaşlı Məmmədova Kəmalə Tərlan qızı yaşadığı evdə özünü asaraq qəsd edib.

Hadisə barədə jurnalist Zülfiyyə Qurbanova məlumat paylaşıb. O qeyd edib ki, 13 yaşlı Kəmaləni dəhlizdə quraşdırılar turnikdən asılı vəziyyətdə görüblər. Əvvəlcə elə biliblər ki, qızları onlarla zarafat edir, qorxutmaq istəyir. Uşağın heç bir səsə, hərəkətə reaksiyasını görmədikdə nə baş verdiyini anlayıblar. Amma iş işdən keçib…

13 yaşlı Kəmalə Rəsulzadə qəsəbəsindəki 143 saylı məktəbdə oxuyurdu. Polis olmaq arzusunda idi, hazırlıqlara gedirdi, boyu uzanmağı üçün hər gün özünü a@sdığı turnikdə dartınırdı. Hüquq mühafizə orqanları məktəblinin  telefonu araşdırıb, məlum olub ki, “Mavi Balina” oynayırmış. Sonuncu aldığı mesaj “Bu gün son günündür” olub…

 

Faktla bağlı  araşdırma aparılır.


media-728x90banner

Bənzər xəbərlər