media-85

Paytaxt Bakıda köklü ağacların kütləvi şəkildə kəsilərək yerində tikinti aparılması ilə bağlı növbəti faktlar ortaya çıxıb.

Bu dəfə məsələ “Kristal Bakı” şirkətinin layihəsi olan “Park Əcəmi” yaşayış kompleksinin tikintisi zamanı baş verənlərlə bağlıdır.

 XALQ məlumat verir ki, iddialara görə, Park Əcəmi” yaşayış kompleksinin tikintisi zamanı  ərazidə onilliklərlə yaşı olan ağaclar məhv edilib, lakin rəsmi qurumlar və şirkət bu faktı ya təkzib, ya da ört-basdır edir.

Məlumatlara görə, tikinti zamanı yaşı 30 ildən çox olduğu ehtimal edilən “Eldar” şamları və digər ağaclar kəsilib.

Məlumatlardan görünür ki, layihəni həyata keçirən “Kristal Bakı” şirkətindən bildirib ki, ərazidə heç bir ağac kəsintisi aparılmayıb. Şirkət iddia edir ki, kompleks artıq çoxdan təhvil verilib və hazırda yalnız abadlıq işləri görülür.

Ancaq ortaya çıxan faktlar bu açıqlamaları ciddi şübhə altına alır. Daxil olan fotogörüntülər deyir ki, ərazidə əvvəllər mövcud olan çoxsaylı ağaclar artıq yoxdur. Daha diqqətçəkən məqam isə odur ki, rəsmi sənədlərdə 30 ağacın götürüldüyü qeyd edilsə də, faktiki olaraq 70-80-dən artıq ağacın kəsildiyi iddia olunur. Bu isə sənədlərin saxtalaşdırılması və ya real vəziyyətin gizlədilməsi ehtimalını gündəmə gətirib.

Məsələ bununla da bitmir. İndiki halda əsas diqqət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumların üzərinə cəmləşir.

Xüsusilə əraziyə nəzarət etməli olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayevin baş verənləri necə görməməsidir. Necə olub ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bu ağacları görməyib, yaxud buna göz yumub? 

Bu suallara aidiyyatı qurumlar, elə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev özü aydınlıq gətirməlidir. Fotolarda görünən aşırdılmış, kökündən çıxardılmış ağaclara görə kim hansı məsluyyəti daşımalıdır?

 

Ümumiyyətlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti işini necə qurub? Xidmətin verdiyi açıqlamalar, apardığı araşdırlamalar niyə qaranlıq məqamlarla doludur? 

Bəlkə bir neçə müddət rəhbərsiz qalan Ekologiya və Təbii Sərvətlər Nazirliyində Qafar Ağayev kimi məmurlar “Kristal ” Tikinti Şirkəti ilə hansısa razılığa gələ bilib?

 

Mütəxəssislər hesab edir ki, bu sahədə əsas problem nəzarətsizlik və şəffaflığın olmamasıdır. Özünü və qurumu müdafiə xarakterli açıqlamalarla reallığın gizlədilməsi artıq sistemli hal alıb.

Hazırda isə əsas sual açıq qalır: “Park Əcəmi” ərazisində həqiqətən nə baş verib və kəsilən ağacların real sayı nə qədərdir? 70-dən çox məhv edilən yağıl ağacların sayı hansı qayda ilə rəsmi aktdaa 30 ədəd göstərilib?

media-001  media-003 media-004 media-005 media-006 media-007 media-008 media-009 media-010media-011media-012media-013


media-728x90banner

Bənzər xəbərlər