Avropa Parlamenti və korrupsiya sözləri artıq sinonimləşib. Təsadüfi deyil ki, korrupsiya dedikdə ilk ağla gələn Avroparlament olur. Xüsusilə son dövrlər bu parlamentin deputatlarının rüşvət və korrupsiya əməllərində ittiham olunmaları daha geniş miqyas alıb. Burada söhbət milyonlarla avroluq rüşvət və korrupsiyadan gedir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, sözügedən parlament müxtəlif dövlətlərin və qruplaşmaların maraqlarını həyata keçirmək üçün onların ödədikləri böyük pullar müqabilində ən çirkin işlərə də qoşulur: “Xatırlatmaq yerinə düşər ki, Brüssel polisi 2022-ci il dekabrın 9-da Beynəlxalq Antikorrupsiya Günündə Avropa Parlamentində çox acınacaqlı faktlar aşkarlayıb. Məlum olub ki, bu “demokratik” qurumda çox ciddi korrupsiya şəbəkəsi fəaliyyət göstərir”.
Deputat söyləyib ki,  bu gün Avropa Parlamentində haqq-ədalətdən, obyektivlikdən, insan haqları və onun qorunmasından eninə-uzununa danışan deputatlar, əslində, korrupsiya çirkabına bulaşıblar: “Onlar selektiv yanaşma ortaya qoyur, ayrı-ayrı dövlətlərdən və lobbi qruplarından aldıqları sifarişlər əsasında fəaliyyət göstərirlər. Avropa Parlamentinin deputatları qərəzli münasibət göstərərək bir ölkədə guya insan hüquq və azadlıqlarının pozulmasına dair ədalətsiz hesabatlar hazırlayır, digər tərəfdən  isə cinayətkar ölkələri müdafiə edirlər. Şübhəsiz ki, haqq-hüquqdan uzaq olan bir sıra dövlətlərin cinayət əməllərinə və təxribatlarına göz yummaq riyakarlıqdan başqa bir şey deyil”.
Elman Nəsirovun sözlərinə görə, rüşvət və korrupsiya hallarında erməni lobbisinin fəal iştirakı artıq təsdiq olunub: “Milyonlarla vəsaiti belə qara işlərə xərcləyən erməni oliqarxlardan biri də Kaspar Karampetyandır. Bu şəxs almaz qaçaqmalçılığı və digər qeyri-qanuni fəaliyyətlər nəticəsində milyardlarla dollar qazanan, çirkli pulların yuyulması ilə məşğul olan, eyni zamanda həm Ermənistan, həm Yunanıstan, həm də Lüksemburq vətəndaşıdır. Kaspar Karampetyan İrəvanın maraqlarını təmin etmək naminə Avropa parlamentariləri ilə açıq-aşkar sövdələşməyə gedir. Bu məqsədlə qanunsuz bizneslərindən qazandığı pulların bir qismini avropalı deputatlara xərcləyir”, – deyə müsahibimiz qeyd edib.
Deputat Avropa Parlamentinin ölkəmizlə bağlı qərəz dolu mövqeyinə də münasibət bildirib. Deyib ki, Vətən müharibəsində qalib gəlmiş Azərbaycan əleyhinə rüşvət hesabına qətnamələr qəbul edən avropalı parlamentarilərin deyəsən başqa işi-gücü yoxdur: “Onlar gecə-gündüz Azərbaycan haqqında düşünür və ədalətsiz qətnamələr qəbul edir, əleyhimizə hədyanlar söyləyirlər. Azərbaycanı hətta bir sıra dövlətlərin daxili işlərinə müdaxilədə ittiham edirlər. Lakin absurd iddiaları ilə özlərini gülünc vəziyyətə salırlar”.


media-728x90banner

Bənzər xəbərlər