“Ölkəmizdə FETO-çulara qarşı tədbirlər gücləndirilməli, onlar barədə ən sərt tədbirlər görülməlidir”.

Bunu    deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, son bir neçə ayda hüquq-mühafizə orqanlarımız tərəfindən terrorçuluğa qarşı ciddi mübarizə aparılır.

” Ölkəmizdəki FETO-çular aşkarlanaraq qanunla cəzalandırılırlar. Tarix boyu Azərbaycan və Türkiyə terrordan əziyyət çəkib. 1988-ci ildən başlayan erməni terrorçularına qarşı apardığımız müabrizə bu gün də davam edir. Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir. Azərbaycan və Türkiyə dostluğu tarixin ən çətin sınaqlarından üzağ çıxıb. Bu baxımdan qardaş ölkənin dövlət təhlükəsizliyinə təhdid yaradan terror təşkilatları, bizim üçün eyni dərəcədə təhlükəlidir. Bunun üçün də ölkəmizdə 2016-cı ilin iyul ayının 15-də qardaş Türkiyəni sarsıtmağa çalışaraq, dövlət çevrilişi ilə hakimiyyətə gəlmək istəyən FETO-çulara qarşı ən sərt tədbirlər görülməlidir”.

Deputat vurğulayıb ki, təəssüf ki, bu gün1990-cı illərin sonundan ABŞ-da məskunlaşan “din xadimi” Fətullah Gülənin rəhbərliyi ilə yaradılmış gizli terror təşkilatı təhsil və ictimai hərəkat adı altında dünyanın bir çox ölkəsində məktəblərə, iş yerlərinə, mətbuata, dövlət və hökumət institutlarına, hüquq-mühafizə orqanlarına sıza bilib:

“2016-cı ilin iyul ayının 15-dəki çevriliş cəhdindən sonra Türkiyə-Azərbaycan arasında bu qruplaşma ilə mübarizədə strateji əməkdaşlıq başladıldı. Arxada qoyduğumuz 7 il ərzində Azərbaycan və Türkiyə bu terror qrupunun zərərsizləşdirilməsi istiqamətlərdə sıx əməkdaşlıq edib. Bundan sonra Türkiyə ilə bu sahədəki əməkdaşlığımız daha da genişləndirməliyik. Düşünürəm ki, qanunvericiliyimizə uyğun olaraq ölkəmizdə mövcud olan sabitliyi pozmağa cəhd edən terrorçular ən sərt şəkildə cəzalandırılmalıdır. Bu gün hüquq mühafizə orqanları tərəfindən ölkəmizə gizli sızan FETO-çular aşkarlanaraq qanunla cəzalandırılmaqdadırlar. Bu gün biz icazə verə bilmərik ki, dövlətimizdə mövcud olan sabitlik və təhlükəsizlik şəraiti bir qrup terrorçular tərəfindən pozulsun”.


media-728x90banner

Bənzər xəbərlər