Deputat: “Azərbaycan xarici siyasətində ikitərəfli hörmət siyasət tərəfdarıdır”
“Soydaşlarımıza qarşı bu cür zorakılıq aktları insan haqlarına, Rusiyanın dövlət nüfuzuna və iki dövlət arasındakı münasibətlərə kölgə salan addımlardı”
Bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib.
Deputat qeyd edib ki, iyunun 27-də Yekaterinburq şəhərində bir qrup azərbaycanlının yaşadığı evlərə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin basqını nəticəsində həmvətənlərimizin həyatını itirməsi, xəsarət alması və bir neçə şəxsin saxlanılması ölkəmizə qarşı başladılan siyasətin tərkib hissəsidir
“25 il əvvəl baş vermiş bir cinayətə görə insanların vəhşicəsinə saxlanılması və qeyri-insani rəftarın tətbiqi beynəlxalq hüququn, o cümlədən BMT-nin İşgəncələrə Qarşı Konvensiyasının açıq pozuntusudur.Rusiyanın aidiyyəti qurumlarını baş verən hadisəni obyektiv və şəffaf şəkildə araşdırmalı, azərbaycanlılara qarşı vəhşilik törədən şəxslərin tez bir zamanda məsuliyyətə cəlb olunmasını təmin etməlidir.Azərbaycan dövləti öz vətəndaşlarının hüquq və maraqlarını ölkə hüdudlarından kənarda da daim müdafiə edir, edəcək də.
Bu gün Azərbaycana qarşı qərəzli siyasət aparılır. Qarabağdakı və xarici siyasətdəki uğurlarımız bir çox ölkələr kimi görünür, Rusiyanı da natahat edir. Ona görə də ölkəmizə qarşı təzyiqlər artırılır. Biz bunu Rusiyadan olan kiber hücumlarda, ötən ilin dekabrında təyyarəmiz vurulanda, orada yaşayan azərbaycanlılara qarşı törədilən vəhşiliklərdə hiss etmişik. Ən önəmlisi isə bu yaxınlarda azərbaycanlı deputatın Rusiya buraxılmaması, bu ölkənin təmsilçilərinin mütəmadi olaraq Azərbaycan əleyhinə qərəzli və əsassız fikirlər səsləndirməsi, sistemli və məqsədli şəkildə aparılan anti-Azərbaycan siyasətinin tərkib hissəsidir. Bütün bunlar sübut edir ki, Azərbaycanın hər bir sahədəki uğurları və inkişafı qısqanclıq yaradır”.
Deputat vurğulayıb ki, tələbimiz Rusiya dövləti və hüquq-mühafizə orqanları bu cinayətlərin qarşısını almaqla yanaşı, bu vəhşiliyi törədən hər bir şəxsə qarşı dərhal və qəti hüquqi tədbirlər görməsidir: