Deputat: “Azərbaycanın müstəqil, milli siyasəti bəzi dairələri narahat edir”
Amerika Birləşmiş ştatları, onun yürütdüyü imperialist siyasət, onların təyin etdikləri səfirlər vasitəsilə də ölkələrdə özlərinin “həqiqətlər”ini həmin cəmiyyətlərə sırımaqdan ibarətdir. Bu proses əsasən də müstəqilliyini yeni qazanmış, müstəqil siyasət yeridən, milli siyasət yeridən ölkələrdə özünü göstərməkdədir. O cümlədən, Azərbaycanda zaman-zaman ABŞ səfirlərinin ölkənin daxili işlərinə qarışmaq cəhdləri, bir çox radikal müxalifət nümayəndələri ilə vaxt aşırı gizlin görüşmək, (əgər bu görüş normal görüşdürsə, gizli niyə keçirilir) özünü göstərir. Son zamanlar yalnız ABŞ deyil, bir çox ölkələrin – elə Fransanın səfirinin də şərh verməsi cığal uşaqların oynadığı oyunda uduzan zaman göstərdiyi reaksiyasına bənzəyir”.
Bu barədə Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb.
Deputat qeyd edib ki, diplomatlar əslində daha diqqətli olmalı, açıqlamaları və fikirləri düşünüldükdən sonra bölüşülməlidir.
Təsəvvür edək ki, ölkəmizdə hər hansı bir jurnalist haqqında cinayət işi başlanır. Digər ölkənin səfiri hansı hüquqla həmin ölkənin məhkəmə qərarlarına təsir göstərmək istəyir? Bu hüququ onlara kim verib? Digər bir məsələ odur ki, bu fikri bildirən şəxsin öz ölkəsindəki ştatların çoxunda hələ də ölüm hökmü var. Prezident seçkilərindən sonra ölkədə iğtişaşlar olur, onlarla insan öldürülür. Azərbaycanda hərhansı bir məsələdə polis kiminsə əlindən tutub kənara çəkmək istəyəndə həmin dövlətlər, müxtəlif qruplar və onların yedəyində olan “beynəlxalq təşkilatlar”ın hay-həşiri dünyaya yayılır. Budur onların demokratiya anlayışı…”-deyə deputat bildirib.
Vüqar İskəndərov qeyd edib ki əgər Azərbaycana bu fikirlərlə təzyiq edə biləcəklərini düşünürlərsə, böyük səhv edirlər.
Deputat əlavə edib ki, ölkə prezidenti İlham Əliyevin Rusiya mediasına verdiyi müsahibədə bu və buna bənzər məsələlərə fikir söyləməsi və orada çox tutarlı, arqumentli fikirləri yalnız Azərbaycan və bölgə üçün deyil, dünya üçün də hazırda aktual olan məsələlərdir.
“Bu fikirlə dünyada böyük maraq doğruub və tirajlanır. Çünki dünya artıq həmin dünya deyil. Hər şey ortadadır. Kimlərin nə danışmasından asılı olmayaraq, reallıqlar bütün dövlətlərə və xalqlara çatır. İnsanlar həqiqəti bilir”-deyən Vüqar İskəndərov bildirib ki, belə ucuz fikirlər Azərbaycan cəmiyyətinə heç bir təsir göstərə bilməz.
“Yaxşı olar ki, bu səfirlər öz ölkələrində insan haqqlarının müdafiəsinə qalxsınlar”-deyə deputat vurğulayıb.










