Milli Məclisin deputatı Fatma Yıldırım şəhid aiəsini ziyarət etdi .
Bərdə rayonunda  Yeni Daşkənd kəndində Birinci Qarabağ Müharibəsində şəhidlik zirvəsinə ucalmış Əliyev Məhərrəm Ənvər oğlunun ailəsini ziyarət edib.
XALQ.AZ məlumatına görə millət vəkili bildirib ki, bir müddət öncə şəhidin övladı Əliyev Xəyal Məhərrəm oğlu vəfat edib. Xəyalın anası Flora xanıma və ailə üzvlərinə Allahdan səbr dilədim. Xəyal Vətən Müharibəsindən sonra minaaxtaran olaraq torpaqlarımızın minalardan təmizlənməsində iştirak edib. Onun iki körpə övladı Damla və Dəniz qalıb. Arzumuz budur ki, Damla və Dəniz xoşbəxt böyüsünlər deyə qeyd edib.

media-728x90banner

Bənzər xəbərlər