Deputat – dövlət qurumları ilə mübahisələrdə vətəndaşın hüquqları daha yaxşı qorunmalıdır
Milli Məclisin deputatı Razi Nurullayev dövlət qurumları ilə vətəndaşlar arasında yaranan mübahisələrdə dövlət qurumlarının üstün mövqedə olduğunu açıqlayıb.
“Vətəndaşlarla qurumlar arasında olan mübahisələrdə dövlət qurumu birmənalı olaraq qalib gəlir. Bu, doğru deyil. Mənim faktlarım da var ki, vətəndaş qalib gəlsə belə, qurum üst quruma çıxıb qalib gəlmək üçün hər şeyi edir”, – deputat deyib.
Deputat təklif edib ki, qanunvericilikdə bu cür məsələlər tənzimlənməlidir və bu cür hallara yol verilməməlidir.










