media-alii

Naxçıvan MR Ali Məclisinin deputatı Əli Abbasov Şərur rayonun Şəhriyar kəndində sakini B.B- ni yumruqla döyüb. Qısqanclıq zəminində baş verən hadisəyə deputatın kənddə etik olmayan hərəkətlər etməsinin səbəb olduğu bildirilir.

media-ali

XALQ xəbər verir ki, bu haqda xəbəri “Gündəlik Naxçıvan” yayıb.  Sakinlərin bildirdiklərinə görə, deputat tez-tez kəndə gələrək, xoşa gəlməyən hərəkətlər edirmiş:

Abbasov Əli Feyzulla oğlu. Naxçıvan Muxtar Respublikasının deputatı. Bu üzdəniraq deputat 25 iyun 2025-ci tarixində toydan çıxarkən öz keçmiş katibəsini bir neçə işçi ilə birlikdə evlərinə gətirib. Bu zaman öyrənib ki, katibə Yusifova Səriyyə Kərəm qızının həyat yoldaşı evdə yoxdur. Buna görə də fürsəti dəyərləndirərək gec saatlarda yenidən katibənin evinə zorla girərək, ona qarşı qeyri-etik hərəkətlər etməyə başlayıb.

Həmin vaxt katibənin əri Yəhya evə gələrək, Əli Abbasovu evində görmüşdür. Bu vaxt Əli Abbasov evdən qaçaraq canını qurtarmış və evlərinə getmişdır. Ardınca Səriyyənin həyat yoldaşı Yahya bıçaq götürərək, onun evinə gəlmişdir. Mübahisə zamanı Əli Abbasovun xalası oğlu bıçaqla yaralanmışdır. Nəticə olaraq, katibənin əri Yəhya həbs edilmişdir.

Çox təəssüf ki, hazırda bu deputat çox rahatlıqla gəzir və özünü elə aparır ki, guya, buna şər edirlər. Halbuki bu saxta deputat Şərur şəhər fizika-riyaziyyat təmayüllü liseydə direktor vəzifəsində işləyərkən də qanunsuz əmrləri ilə məhşurlaşmışdır.

Belə ki, o, Şərur rayon Yenicə kəndində direktor vəzifəsində işləyərkən naməlum səbəbdən gecə ilə Bakı şəhərinə qaçmış və 7-8 ay sonra yenidən qayıtmışdır. Və qanunsuz olaraq, imtahandankənar Yengicə kəndinə müəllim təyin edilmiş, sonra metodist, Şərur rayon Kosacan kənd tam orta məktəbində direktor əvəzi, daha sonra isə Şərur rayon Fizika-riyaziyyat təmayüllü liseyə direktor vəzifəsinə təyin edilmişdir.

Liseydə direktor işlədiyi müddətdə imtahansız çox sayda tərbiyəçi müəllim, laborant təyinatı əmrləri vermişdir. Hətta Təhsil Nazirliyinin yoxlama aparan komissiya üzvlərinə Əmrlər kitabını təqdim etməkdən imtina etmişdir.

Naxçıvan deputatı Əli Abbasov o qədər harınlayıb ki, bütün günü içkili vəziyyətdə yeni aldığı “Mercedes” markalı avtomobili ilə rayonda şütüyür.

Bu deputat bütün günü liseydə gənc xanımlarla şənlənərək, bir dəfə də olsun dərslərə girməmişdir.

O, harada işləyibsə, ordakı xanımlarla qeyri-səmimi münasibətlər qurmağa çalışmışdır.

Hadisənin şahidi deyib:

“Davadan sonra Əli müəllim kəndə gəlib, qohumlarını bir yerə yığıb, kömək istəyib. Deyib ki, “məni öldürməyə gələcəklər, kömək edin”. Sonrakı hadisələr bizim gözümüzün önündə oldu. Qonşu kənddən gələn şəxs onu bıçaqla vurmaq istədi. Bu vaxt deputatın əmioğlusu ara girmək istəyəndə bıçaq ona dəydi. Polis gəlib, bıçaqlayanı tutdu. Yaralanan şəxsi isə, xəstəxanaya apardılar, indi vəziyyəti yaxşıdır”

Şərur rayon Polis İdarəsindən döyülmə və bıçaqlanma hadisəsini təsdiqləsələr də, əlavə məlumat vermək istəmədilər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Hurriyet.az

 


media-728x90banner

Bənzər xəbərlər