Xankəndidə yerləşən “Biz və bizim dağlar” (“Nənə və Baba”) “abidəsi” nin  sökülməsi məsələsi yenidən gündəmə gəlib. Bir çox ekspertlər, vətəndaşlar o abidənin sökülməsinin daha məqsədəuyğun olduğunu bildirirlər.

Bu məsələ ilə bağlı  Milli Məclisin Elman Nəsirov bildirib ki, həmin prinsipi ölkə başçısı dəqiq müəyyən edib.

Millət vəkili qeyd edib ki, mənası da ondan ibarətdir ki, erməni separatizminin bütün nişanələri sökülməli və onlardan əsər-əlamət qalmamalıdır. Məsələn, Xankəndidəki stadion erməni separatizminin simvolu deyildi, amma orada ayrı-ayrı elementlər onu simvolizə edirdi. Ona görə də həmin elementlər götürüldü, stadion yenidən bərpa edildi. Orada Azərbaycana aid simvollar, eləcə də yazılar ana dilimizdə tərtib edildi. Yəni deməyim odur ki, elementlər götürülsə də, stadion yerində qaldı. Təbii ki, belə də olmalı idi”.

Elman Nəsirov deyib ki, erməni separatizminə xidmət edən, onu simvollaşdıran, separatizmin mahiyyətini özündə əks etdirən abidələr sökülür:

“Belə olan halda da eyni prinsiplə çıxış edərək həmin abidə və s. söküləcək. Ona görə də istənilən abidənin, yaşayış binasının, müəssisənin qalması və ya sökülməsi məsələsində eyni prinsip işlək vəziyyətinə gətirilir. Sizin dediyiniz məsələdə də erməni separatizmini özündə əks etdirən atributlar varsa, deməli, söküləcək, yoxdursa, yerində qala bilər. Lakin mənim subyektiv fikrimə görə, həmin abidə sökülməlidir. Çünki erməni separatçıları uzun bir dövr ərzində həmin abidəni bütün dünyada nümayiş etdirir, özlərinin kimliyinin göstəricisi kimi təqdim edirdilər. Bu baxımdan da şəxsən mən o abidənin qalmasının deyil, sökülməsinin tərəfdarıyam”deyə deputat qeyd edib.


media-728x90banner

Bənzər xəbərlər