“Ermənistan təxribatları ilə regionda vəziyyəti gərginləşdirməyə çalışır”.

Bu barədə deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, Ermənistan Azərbaycanla sərhədinin 500-600 metr yaxınlığında iri metallurgiya kombinatının inşasına başlaması ölkəmizə qarşı növbəti təxribatdır:

“30 il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan Azərbaycan xalqına və dövlətinə qarşı misilsiz cinayətlərə, terrorlara imza atıb. Bu terrorlar təkcə insanlarımıza qarşı deyil, eyni zamanda ekologiyamıza qarşı da törədilib. Bu gün Ermənistan ekoloji terroru davam etdirmək üçün Azərbaycanın 500-600 metr yaxınlığında iri metallurgiya kombinatının tikintisinə başlayıb. Arazdəyəndə inşa olunan metallurgiya zavodunun illik istehsal gücü 180 min tondan yuxarıdır. Bu isə kifayət qədər böyük tullantı və zəhərli qaz deməkdir. Ermənistanın bu addımı açıq-aşkar ekologiyamıza qarşı cinayətdir. Dövlət olaraq biz bu cür ekoloji cinayətə göz yuma bilmərik”.

Deputat vurğulayıb ki, Ermənistan bu zavodu tikməzdən öncə mütləq şəkildə Azərbaycanın da razılığını almalı idi:

“Azərbaycanın razılığı olmadan belə bir addımın atılması Ermənistanın ölkəmizə qarşı növbəti təxribatıdır. Düşünürəm ki, ekologiyanın qorunmasını özünün başlıca prinsipi hesab edən beynəlxalq təşkilatlar və birliklər Ermənistanın bu addımını pisləməli, bu ölkəyə qarşı sanksiyalar tətbiq etməlidir”.

Deputat söyləyib ki, Ermənistanın son günlər atdığı addımlar sülh müqaviləsinin imzalanmasına maneə olmaq və regionda vəziyyəti gərginləşdirməyə yönəldib:

“Ermənistan 44 günlük Vətən müharibəsində aldığı dərsi unutmamalı, Azerbaycanla münasibətlərin normallaşması istiqamətində addımlar atmalıdır”.


media-728x90banner

Bənzər xəbərlər