media-sa
Hörmətli #seçicilər#media nümayəndələri,
Artıq 2026-cı ilin yarısını geridə qoymuşuq. #VIIçağırış Azərbaycan Respublikası #MilliMəclisinin 2026-cı il #yaz sessiyası ərzində də Sizlərlə daim ünsiyyətdə olmuş, fəaliyyətimizi açıq şəkildə davam etdirmişik.
Fəaliyyət dövründə #Qobustan, #Şamaxı#İsmayıllı rayonlarında ümumilikdə 60 vətəndaş qəbulu keçirilmişdir. Qəbullarda 1 şəhər, 6 qəsəbə və 73 kəndi təmsil edən 618 seçici iştirak etmiş, ümumilikdə seçicilər tərəfindən 1191 müraciət daxil olmuşdur. Daxil olan müraciətlər üzrə müvafiq araşdırmalar aparılmış, qaldırılan məsələlərin həlli istiqamətində mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında müvafiq məsələlər qaldırılmışdır.
Eyni zamanda, fəaliyyət dövrü ərzində vətəndaşları narahat edən məsələlərin həlli istiqamətində görülən işlər, müraciətlərə qanunvericiliyin tələblərinə uyğun baxılmasının təmin edilməsi, eləcə də dövlətin gündəmində olan mövzularla bağlı #media resurslarında həyata keçirilən kommunikasiya fəaliyyəti barədə #hesabat hazırlanaraq müraciət etmiş vətəndaşlara poçt vasitəsilə göndərilmişdir.

media-728x90banner

Bənzər xəbərlər