media-505

Milli Məclisin deputatı Novruz Aslanovun hər həftə öz seçiciləri ilə keçirdiyi görüşlər artıq ənənəvi hal alıb. Növbəti belə görüş 2025-ci il 6 mart tarixində baş tutub.

XALQ.AZ xəbər verir ki, millət vəkili bu dəfə vətəndaşları İsmayıllı şəhərində yerləşən ofisində qəbul edib. Görüşdə şəhər sakinləri, o cümlədən şəhid ailələri, qazilər, Vətən müharibəsinin veteranları da iştirak ediblər. Səmimi şəraitdə keçən qəbulun gedişində Novruz Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Sonda İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə öz səmimi minnətdarlıqlarını bildiriblər.

media-500 media-501 media-502 media-503 media-504 media-505

 


media-728x90banner

Bənzər xəbərlər