media-kemal

Milli Onkologiya Mərkəzi tibbi və digər avadanlıqların cari təmiri işləri və təmiri xidmətləri ilə əlaqədar tenderə yekun vurub.

 

XALQ pravda.az-a istinadən xəbər verir ki, Mərkəz bu işləri “Azəri Med” QSC-yə verib.

media-azer

Satınalmanın dəyəri 3 011 572 AZN-dir.

 

Azəri Med” QSC-i deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir. Milli Onkologiya Mərkəzinin tenderlərini əsasən “Azəri Med” əldə edir.

Qeyd edək ki, açıq mənbələrdə “Azəri Med” şirkətinin deputat Kəmaləddin Qafarova məxsus olması barədə çoxlu sayda məlumatlar var. Həmin məlumatlarda deputatın bu şirkəti yaxın qohumlarının adına keçirdiyi, hətta hüquqi ünvan olaraq yaşadığı evi göstərdiyi vurğulanır.

Məlumat üçün bildirir ki, ötən il 67 milyon manatlıq tender qazanıb ötən ay  isə, 2 milyon manatlıq müqavilə bağlanıb 

Onu da qeyd edək ki, sözügedən şirkət mütəmadi tenderlerin qalibi olur.

 


media-728x90banner

Bənzər xəbərlər